Putin Qərbi "qorxudub": Rusiya neftinin satışını qadağan edən fərman imzaladı...

Putin Qərbi
"Bu tədbirlər milli maraqların qorunması naminə, ABŞ və müttəfiqlərinin dost olmayan hərəkətlərinə cavab olaraq tətbiq edilir..."
 
"Müəyyən edilən qadağa son alıcıyadək tədarükün bütün mərhələlərində tətbiq ediləcək..."
 
Bu gün Rusiya prezidenti Vladimir Putin Rusiya nefti və neft məhsullarının xarici hüquqi və fiziki şəxslərə tədarük müqavilələrində "birbaşa və ya dolayısıyla" qiymət həddi nəzərdə tutulduğu halda tədarükünü qadağan edən fərman imzalayıb.
 
"Müəyyən edilən qadağa son alıcıyadək tədarükün bütün mərhələlərində tətbiq edilir".
 
Moderator.az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.
 
Fərman altı ay- 2023-cü il fevralın 1-dən iyulun 1-dək qüvvədə olacaq. 
 
Fərmanda deyilir ki, bu tədbirlər "milli maraqların qorunması naminə" "ABŞ və ona qoşulan ölkələrin dost olmayan və beynəlxalq hüquqa zidd olan hərəkətlərinə" cavab olaraq tətbiq edilir.
 
Bu sənəd iki həftədən çox müddət ərzində hazırlanıb.
 
Hələ dekabrın 13-də məlumat verilib ki, Rusiya hakimiyyəti bütövlükdə Qərbin Rusiya neftinin qiymətinə 60 dollarlıq hədd tətbiq edilməsinə cavab tətbirlərini razılaşdırıb.
 
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov o zaman vəd edib ki, Putin 18 dekabradək fərman imzalayacaq.
 
Qeyd edək ki, bu gün Rusiya nefti Qərbin tətbiq etdiyi məhdud qiymətdən aşağı satılır. "Urals" markalı neftin barreli 56, 99 dollaradır.
 
Lakin Rusiya baş nazirinin müavini Aleksandr Novak izah edib ki, Rusiya karbohidratlarının dəyərinin artması 2023-cü ilin birinci yarısında, Rusiya prezidentinin fərmanı qüvvəyə minəndən sonra gözlənilir.

Tarix: 28-12-2022, 08:44
Xəbəri paylaş





Xəbər lenti