"Bizdə elə müasir silah var ki, bir atışıyla yüzlərlə Rusiya əsgərini məhv edir..."


Rusiya Federasiyasına qarşı müharibədə Ukraynanın itkiləri rus işğalçılarının itkilərindən dəfələrlə azdır.
Moderator.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTŞ) katibi Aleksey Danilov dekabrın 29-da “Kyiv Post”a müsahibəsində bildirib.
 
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Ukrayna hərbçiləri 104 560-a yaxın işğalçını məhv edib.
 
Jurnalist Ukrayna Silahlı Qüvvələrinin nə qədər itki dəqiqləşdirməyə çalışıb.
 
"Dəfələrlə azdır. Biz itkilərimizin fərqindəyik. Amma  hələlik bunu açıqlaya bilmərik. İnanın, rusların danışdıqları o rəqəmlərdən əsər-əlamət belə, yoxdur", - deyə Danilov cavab verib.
 
Onun fikrincə, rusların itkiləri ilə bağlı bir çox amillər var.
 
"Bizim [Silahlı Qüvvələrin] artıq çox müasir silahlarımız var. Belə silahlardan bir dəfə atmaqla yüzlərlə Rusiya əsgəri məhv edilə bilər. Rusların belə silahları yoxdur. Bu, bizim üstünlüyümüzdür. Və ən başlıcası, bizim müstəqilliyimizi peşəkarcasına savaşaraq müdafiə edən oğullarımızdır”, - deyə Danilov vurğulayıb.
 
Sultan Laçın
Tarix: 30-12-2022, 15:17
Xəbəri paylaş





Xəbər lenti