İran: Rial düşür, etirazlar davam edir, İsrail hədələyir

İran Mərkəzi Bankının sədri dəyişir

Dekabrın 29-da İran Mərkəzi Bankının sədri dəyişib. Bu, milli valyutanın dollara qarşı kəskin ucuzlaşması fonunda baş verir.
Hökumətin iclasında Məhəmməd Rza Fərzinin mərkəzi banka yeni rəhbər təyin olunduğu açıqlanıb. Məlumatı İranın dövlət televiziyası yayıb.
Yeni təyinatdan öncə bankın sədri Əli Salehabadinin istefası qəbul olunub. O, ötən ildən Bank Melli İran-ın baş icraçı direktoru idi.
IRNA-nın məlumatına görə, İran prezidenti İbrahim Rəisi iclasda xarici valyutaların dəyərinə nəzarətin vacibliyini vurğulayıb.
+++
İranda Tehranın Qərblə uğursuz nüvə danışıqlarına görə üzləşdiyi iqtisadi çətinliklərin və antihökumət etirazlarının davam etdiyi bir dövrdə ölkənin milli valyutası – rialın kəskin devalvasiyası müşahidə olunur.
Dekabrın 29-da verilən xəbərlərə görə rial ABŞ dollarına nisbətdə ən ucuz həddinə enib.
Dekabrın 28-də 1 dollar 440,000 riala bərabər olub. Bonbast.com xarici valyuta saytının məlumatına görə bir ay əvvəl bu rəqəm 1 dollar üçün 360,000 rial idi.
Azadlıq radiosu
Tarix: 30-12-2022, 15:43
Xəbəri paylaş





Xəbər lenti