Polşa Ukraynaya “Starlink” terminalları TƏDARÜK ETDİ



“Starlink” terminallarının üçüncü partiyası Polşadan Ukraynaya göndərilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib. 

"Ukrayna “Starlink”in daha bir partiyasını aldı. Bu terminallar tibb və enerji sektorlarını dəstəkləyəcəklər. Ukraynalıların öz yaxınları ilə əlaqə saxlaması çox vacibdir”, - deyə Şmıqal qeyd edib. 

O həmçinin bu işdə göstərdikləri dəstəyə görə, Polşaya təşəkkürünü bildirərək əlavə edib ki, bu, yanvarın sonuna qədər gətirilməli olan iri partiyanın ilk hissəsidir.  
Tarix: 31-12-2022, 09:14
Xəbəri paylaş





Xəbər lenti