Makron niyə özünü BMT-də biabır etdi?..


Makron niyə özünü BMT-də biabır etdi?..Nikol Paşinyan və Emmanuel Makron

Səndən güclü qüvvə qarşısında heç vaxt geri addım atmamalısan. Bir müddət əvvəl, dekabrın 20-21-də Fransa və Ermənistan Laçın yolundakı vəziyyətlə bağlı BMT TŞ-nın iclasını çağırdı. Müzakirələrdən sonra Fransa Laçın-Xankəndi yolundakı vəziyyəti “humanitar fəlakət” kimi təqdim edən riyakar və tam qəzəzli bəyanat hazırladı. Ancaq BMT TŞ -sı bu bəyanatı qəbul etmədi.

Təqdim edilən bəyanatdan bir çox ifadələr, o cümlədən “Dağlıq Qarabağ” ifadəsi çıxarıldı. Həmçinin mətnə “humanitar yardım olarsa, bu yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında ola bilər”, “Azərbaycanın ərazi bütövlüyünə dəstək” kimi fikirlər əlavə edildi. Qısası, Fransa öz meydanında rüsvayçı şəkildə məğlub oldu.
Milli Məcliisn deputatı Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, prezident Ilham Əliyevin uğurlu xarici siyasəti ölkəmizin ədalətli mövqeyini dəstəkləyən etibarlı dostlarımızın sayını artırıb. Belə ki, beynəlxalq platformalarda ölkəmizə qarşı çirkin niyyətləri həyata keçirmək istəyənlərin planları fiaskoya uğradı.

“Ermənistanın böyük bacısı Fransa BMT TŞ-da Azərbaycana qarşı qətnamə qəbul etdirmək üçün dəridən-qabıqdan çıxdı. Belə ki, Makron və Fransa XİN bir yerdə gecə-gündüz çalışaraq saxta məlumatlarla guya ki, Laçın yolunun blokadaya alınması ilə bağlı BMT TŞ-da Azərbaycana qarşı qərəzli sənəd qəbul etdirməyə can atdı. Amma TŞ-da İngiltərə, Rusiya, Albaniya, BƏƏ və digərləri Azərbaycanın ədalətli mövqeyini dəstəklədilər”,- deyə ekspert qeyd edib.
O bildirib ki, sənəddən “Dağlıq Qarabağ” ifadəsinin çıxarılması və “humanitar yardım və dəstək addımları” cümləsinin önünə “Azərbaycanın ərazi bütövlüyünə dəstək” ifadələlərin əlavə edilməsi, Fransanı ümumiyyətlə bu sənədi gündəlikdən çıxarmasına məcbur elədi. Deputat hesab edir ki, beləliklə, Fransa-Ermənistanın növbəti xəyanətkar və riyakar arzuları iflasa uğradı.
“Fransanın bir az da olsa, abır-həyası varsa, bu məsələdən sonra Ermənistanın arxasında dayanmaqdan əl çəkər. Fransanın Azərbaycanla düşmənlik etməsinə əslində bir əsasları da yoxdur. Çünki Azərbaycan Fransaya həmişə yaxşı münasibət bəsləyib və ölkələrarası əlaqələrin inkişaf etdirilməsini yüksək dəyərləndirib. Amma Makron prezident seçiləndən sonra Fransa Ermənistanın xeyrinə qərəzli mövqe nümayiş etdirməyə başladı”,- deyə ekspert əlavə edib. O bildirib ki, ölkəmiz siyasi etika naminə Fransa ilə münasibətləri davam etdirir. Amma Makron Azərbaycana qarşı ədalətsizlik nümayiş etdirməklə Fransanı hörmətdən və nüfuzdan salır. “Azərbaycan qalib ölkədir. Ölkəmizin mövqeyi suverən əraziləri çərçivəsində dövlət müstəqilliyini möhkəmlətmək və regionda sülh və əməkdaşlığı genişləndirməkdir. Prezident İlham Əliyevin ədalətli mövqeyi bundan sonra da diplomatiyamıza uğurlu nailiyyətlər gətirəcək. Düşmənlərimiz isə içindən çürüyüb məhv olacaq”,- deyə deputat fikrini yekunlaşdırıb.
Tarix: 1-01-2023, 11:24
Xəbəri paylaş





Xəbər lenti