Kim Çen In ABŞ-ı ittiham edib: “Bu, NATO-nun Asiya versiyasını yaratmaqdır”



Şimali Koreya lideri deyib ki, hərbi imkanlarını əhəmiyyətli dərəcədə artırıblar və bu, ABŞ-a ciddi xəbərdarlıqdır
Şimali Koreya lideri Kim Çen In ABŞ-ı NATO-nun Asiya varianını yaratmaqda ittiham edib. AYNA xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatında qeyd edilib.
Kim Çen In bildirib ki, Vaşinqtonun Yaponiya və Cənubi Koreya ilə müttəfiqlik münasibətlərini gücləndirməsi NATO-nun Asiya versiyasını yaratmaq cəhdindən başqa bir şey deyil.
“ABŞ müttəfiqliyi gücləndirmək bəhanəsi ilə Yaponiya və Cənubi Koreya ilə üçtərəfli əməkdaşlığı inkişaf etdirməklə yeni hərbi blokun – NATO-nun Asiya versiyasının yaradılmasına can atır”, - o deyib.
Çen In vurğulayıb ki, Şimali Koreya hərbi imkanlarını əhəmiyyətli dərəcədə artırıb və bu, ABŞ və müttəfiqlərinə ciddi xəbərdarlıqdır.
O, həmçinin əlavə edib ki, hazırda nüvə silahlarının qarşısında sülh və sabitliyi qorumaqla yanaşı, müharibənin başlanmasının qarşısını almaq vəzifəsi də durur.
Tarix: 2-01-2023, 09:38
Xəbəri paylaş





Xəbər lenti