NATO-nun baş katibi Qərbi Ukraynaya uzunmüddətli dəstək verməyə hazırlaşmağa çağırıb

NATO-nun baş katibi Qərbi Ukraynaya uzunmüddətli dəstək verməyə hazırlaşmağa çağırıbYens Stoltenberq

NATO müttəfiqləri Kiyevə uzunmüddətli dəstək verməyə hazırlaşmalıdırlar, çünki Rusiya güzəştə getmək istəyini nümayiş etdirmir.

“Report”un məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq BBC-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, NATO-nun Ukraynaya hərbi dəstəyi Moskvanı danışıqlar masasına oturmağa və hərbi əməliyyatı dayandırmağa məcbur edəcək.
O qeyd edib ki, Rusiyada səfərbərlikdən sonra hərbçilərin sayı artıb və səfərbər olunanların çoxu hazırda təlim keçir: “Bütün bunlar göstərir ki, rus qoşunları müharibəni davam etdirməyə və mümkün yeni hücum cəhdinə hazırlaşır”.
Tarix: 2-01-2023, 10:54
Xəbəri paylaş





Xəbər lenti