KİYEVİN QİSASI AĞIR OLDU... - Yüzlərlə rusiyalı hərbçi öldürüldü + VİDEO (Yenilənib)



Ukrayna ordusunun rus qoşunlarının işğalı altındakı Makeyevkada  kazarmaya endirdiyi zərbə nəticəsində yüzlərlə rus əsgəri ölüb. Həmin əsgərlər 44-cü alayın tərkibinə daxil edilən çağırışçılar olub. 
Məlumata görə 400-ə yaxın rus əsgəri öldürülüb, 300-ə yaxını isə yaralanıb. 
"AzPolitika.info " xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. 
Rusiya Müdafiə nazirliyi hələ ki, 63 nəfərin öldüyünü təsdiqləyib. Lakin müstəqil qaynaqlar, hətta Kremlyönlü telegram kanalları ölənlərin sayının qat-qat artıq olduğunu bildirirlər.
Məlumata görə, zərbə səfərbərliklə çağırılan əsgərlərin yerləşdiridldiyi peşə məktəbinin binasına endirilib.


Ukrayna kanallarında ölənlərin əsasən Samara vilayətindən olan çağırışçılar olduğunu xəbər edir. Rəsmi olaraq, regional hakimiyyət orqanları hələ ki, bu məlumatı təsdiq və ya təkzib etməyiblər.
Lakin musavat.com xəxər verir ki,  artıq “Vkontakte” sosial şəbəkəsində "Mobilizasiya | Samara Region 2022" adlı qaynar xəttin və telefon nömrəsinin elanı verilib. Zəng edənlər hərbçinin tam adını, doğum ilini və şəxsi nömrəsini göstərməlidirlər, lakin şərhlərdə məlumatın şəxsi nömrə olmadan da əldə edilə biləcəyini qeyd edirlər.
Həmçinin, qrupun abunəçilərindən biri yanvarın 3-də, saat 12:00-da, Tolyattidəki Qələbə Parkında - "həlak olanların xatirəsinə" toplaşmağı təklif edib.
Qeyd edək ki, bundan əvvəl, dekabrın 30-da vilayətdə 44 və 45-ci alaylara göndəriləcək çağırışılar üçün bağlamaların hazırlanması ilə bağlı məlumat yayılmışdı. Orada birbaşa olaraq hərbçilərin yerini göstərilməsə də, təşkilatçıların həm də Makeyevkadakı uşaqlar üçün də hədiyyə hazırladığı bəlli olmuşdu.
***
Ukraynanın işğal altındakı Donetsk vilayətinin Makeyevka şəhərinə zərbəsi nəticəsində 63 rusiyalı hərbçi ölüb. “Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə qurumunun məlumatında zərbənin rusiyalı hərbçilərin yerləşdiyi əraziyə endirildiyi vurğulanıb.
“Kiyev rejimi Donetsk Xalq Respublikasının (qondarma respublika – red.) Makeevka yaşayış məntəqəsi ərazisində Rusiya silahlı qüvvələrinin bölmələrindən birinin müvəqqəti yerləşdirilmə məntəqəsinə ABŞ istehsalı olan HIMARS reaktiv yaylım atəş sisteminin altı raketi ilə zərbə endirib. Müvəqqəti dislokasiya məntəqəsinin yüksək partlayıcı döyüş başlığına malik dörd raketin zərbəsi nəticəsində 63 rusiyalı hərbçi həlak olub”, - məlumatda deyilib.
Rusiya Müdafiə Nazirliyi iki HIMARS raketinin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu qeyd edib.
Qeyd edək ki, Kiyevin bu hücumu Rusiyanın Yeni il gecəsi və ondan əvvəl Ukraynanın şəhərlərini raket atəşinə tutmasına cavab olaraq dəyərləndirilir
"AzPolitika.info"
***
Ukrayna Silahlı Qüvvələri hazırda Rusiya ordusunun nəzarətində olan Makeyevka şəhərinə (Donbas vilayəti) zərbələr endirib.
Hücum nəticəsində 63 rusiyalı hərbçi həyatını itirib.
Rusiya mətbuatı yazır ki, zərbələr ABŞ istehsalı olan HIMARS reaktiv yaylım atəşi sistemi ilə endirilib. (Mənbə: Vesti.ru)
Tarix: 2-01-2023, 21:07
Xəbəri paylaş





Xəbər lenti