“Elektromaqnit zərbələr dünyanın sonu ola bilər”


ABŞ üçün ən güclü hərbi təhlükə elektromaqnit zərbələrdir. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Yanvarın 1-də ABŞ zabiti Kristian Orr “19FortyFive”ə yazdığı məqaləsində bildirib:
"Birləşmiş Ştatlara elektromaqnit zərbəsi ölçülə bilməyən və ya təsəvvür belə edilməyən bir fəlakət olardı. Bu, əslində dünyanın sonu deməkdir, lakin Prezident Co Baydenin administrasiyası bununla bağlı heç nə etmir”.
dedi.
Onun sözlərinə görə, elektromaqnit zərbəsi atmosferdə termonüvə silahlarının tətbiqi nəticəsində baş verir. Bir insan üçün elektromaqnit hücumu zərərsizdir, lakin diapazonda olan bütün elektron cihazlara təsir göstərir:
““iPhone”, noutbuk, avtomobilinizdəki elektron yanacaq vurma sistemlərindən tutmuş istilik və kondisioner sistemlərinizə qədər hər şey tamamilə məhv ediləcək. Beləcə, müasir postaqrar və post-sənaye cəmiyyəti fəaliyyətini dayandırmış olacaq”.
Ekspert qeyd edib ki, İran, Rusiya və Çin eyni dərəcədə öz hərbi planlarının bir hissəsi kimi elektomaqnit zərbələri endirmək imkanına malikdir.
Tarix: 2-01-2023, 21:54
Xəbəri paylaş





Xəbər lenti