Fevralın 3-də Kiyevdə Ukrayna-Avropa İttifaqı sammiti keçiriləcək

Fevralın 3-də Kiyevdə Ukrayna-Avropa İttifaqı sammiti keçiriləcəkVladimir Zelenski

"Fevralın 3-də Kiyevdə 24-cü Ukrayna-Avropa İttifaqı sammiti keçiriləcək".

Bizimyol.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenskinin mətbuat xidməti dövlət başçısının Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə söhbətindən sonra deyib.
“Həmsöhbətçilər bu il fevralın 3-də Kiyevdə keçiriləcək növbəti Aİ-Ukrayna sammitinin gözlənilən nəticələrini müzakirə ediblər və hazırlıq işlərinin intensivləşdirilməsi barədə razılığa gəliblər”, - deyə mətbuat xidmətinin məlumatında qeyd edilir.
Ayrı-ayrılıqda bildirilir ki, Zelenski və fon der Leyen yeni ildə Ukrayna ilə Aİ arasında əməkdaşlığın dinamikasını dəstəkləmək barədə razılığa gəliblər. Dövlət başçısı, həmçinin Avropa Komissiyasının rəhbərinə döyüş meydanındakı vəziyyət, Rusiyanın Ukrayna dövlətinin mülki infrastrukturuna müntəzəm olaraq raket və pilotsuz uçuş aparatlarının hücumlarının nəticələri barədə məlumat verib.
"Avropa Komissiyasının sədri Ukrayna ilə sarsılmaz həmrəyliyə əminliyini bildirib və qeyd edib ki, Avropa İttifaqı 2023-cü ildə, Ukraynanın qələbəsinə qədər işğalçıya qarşı mübarizədə Kiyevlə çiyin-çiyinə olacaq. Həmsöhbətlər müvafiq silahların tədarükü yolu ilə Ukrayna Silahlı Qüvvələrinin gücünü daha da gücləndirmək yollarını müzakirə ediblər", - mesajda deyilir.
12 oktyabr 2021-ci ildə Kiyevdə 23-cü Ukrayna-Avropa İttifaqı Sammiti baş tutub. Nəticədə fon der Leyen Ukraynanı Aİ-yə üzvlük perspektivinə yaxınlaşdıracaq üç sahəni sadalayıb. Xüsusilə islahatların həyata keçirilməsi, tədricən iqtisadi inteqrasiya və siyasi assosiasiyanın dərinləşdirilməsi, eləcə də dərin və hərtərəfli azad ticarət zonasının tam həyata keçirilməsindən danışılıb.
Sammit zamanı Ukrayna və Avropa İttifaqı arasında aviabiletlərin qiymətinin aşağı salınmasına kömək edəcək birgə aviasiya məkanı haqqında saziş imzalanıb. Sammitin birgə bəyanatında deyilir ki, Avropa İttifaqı Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyib.
Tarix: 3-01-2023, 13:40
Xəbəri paylaş





Xəbər lenti