İsrail mətbuatı: İrana hücum ehtimalına qarşı Müdafiə Nazirliyinin büdcəsinin artırılması tələb olunur

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, İsrailin KAN teleşirkətinin adını açıqlamadığı rəsmi mənbədən aldığı məlumata görə, İsrailin Müdafiə Nazirliyi İrana hücum etmək ehtimalına qarşı büdcənin artırılmasını tələb edib.
Xəbərdə deyilir ki, MN 2023 və 2024-cü illər üçün 10 milyard şekel (2,8 milyard dollar) həcmində əlavə büdcə tələb edib və bu, mövcud büdcənin 12 faiz artması deməkdir.
Xəbərdə həm də inflyasiya ilə əlaqdar irəli sürülmüş bu artım tələbinin “şişirdilmiş” olduğu da qeyd edilib.
İsrailin Baş naziri Binyamin Netanyahu yeni qurduğu hökumətin hədəfləri arasında İranın nüvə silahının sahibi olmasının əngəlləməsinin də olduğunu bildirib.
Hürr Tərcüman
Tarix: 3-01-2023, 21:40
Xəbəri paylaş





Xəbər lenti