Kiyevə raket hücumu nəticəsində1986-cı ildən qalma vitraj pəncərələri dağılıb


 
Dekabrın 31-də Rusların Ukraynanın paytaxtı Kiyevə kütləvi raket hücumu zamanı universitetin yataqxanası dağılıb.
Musavat.com xəbər verir ki, raketlərdən biri Kiyevin Taras Şevçenko adına Milli Universitetinin tələbə yataqxanasına düşüb. Bu barədə Ukrayna Modernizmi layihəsinin müəllifi Dmitri Solovyov sosial şəbəkədə məlumat verib.
O, qeyd edib ki, partlayış nəticəsində biologiya şöbələrinin modernist kompleksi zədələnib və 1986-cı ildən qalma unikal vitraj pəncərələri dağılıb. 
"Vitrajların müəllifi görkəmli ukraynalı rəssam Larisa Mişşenkodur. Və biz onları həmişəlik itirə bilərdik. Baş verən hadisənin, hay-küyün fonunda bərpa edilməsi mümkün olan vitrajları zibilliyə də atmaq olardı, amma təcili Kiyev Milli Universitetinə gəldim və dekanlarla görüşdüm. Biz əməkdaşlıq haqqında razılaşdıq və Ukrayna bədii irsinin nadir obyektini bərpa etmək qərarına gəldik", - Dmitri Solovyov qeyd edib.
Dmitri Solovyov həmçinin bildirib ki, 10 vitraj pəncərəsindən sadəcə üçü salamat qalıb.
Tarix: 5-01-2023, 08:43
Xəbəri paylaş





Xəbər lenti