"Ona təklif edərdim ki, özünü güllələsin..."- Putinin keçmiş bankir dostu


Rusiya prezidenti Vladimir Putin yalnız eşitmək istədiyini seçərək eşidir. 
Moderator.az xəbər verir ki, bunu keçmiş rusiyalı bankir və Rusiya prezidenti Vladimir Putinin keçmiş dostu Sergey Puqaçov “GORDON” internet nəşrinin yaradıcısı Dmitri Qordona müsahibəsində deyib.

 
Rusiyanın Ukraynada uğur qazanmaq üçün uğursuz planlarından danışan Qordon ehtimal edib ki, Putin “axmaq deyil” və başa düşür ki, “hər şey artıq param-parça olub”.
 
"Siz ona nə təklif edirsiz? Özünü güllələməyimi?" - deyə Puqaçov soruşub "GORDON"un təsisçisi bunun "əla variant olacağını" cavablandırıb.
 
"Mən də belə düşünürəm. Amma şans yoxdur, inanın mənə",- deyə Rusiya Federasiyası Prezidentinin keçmiş dostu etiraz edib.
 
Şansların olmamasına baxmayaraq Puqaçov Qordona etiraf edib ki, Putinlə təkbətək qalsa o da Kreml rəhbərinə özünü güllələməyi təklif edərdi.
 
"Problem ondadır ki, mən ona həyatımda o qədər söz demişəm ki, sadəcə mənə nifrət etdiyini nəzərə almasaq, başqa heç nə baş verməyib. Mən ona deyərdim ki, özünü güllələsin. O, əslində bununla çoxlu alçaqlıq, axmaqlıq və iyrəncliklər etmiş, eyni zamanda özünü güllələməyə cəsarət etmiş bir kişi kimi tarixə düşə bilər ”, - deyə keçmiş bankir bildirib.
 
Sultan Laçın
Tarix: 6-01-2023, 09:21
Xəbəri paylaş





Xəbər lenti