Ukrayna Müdafiə Nazirliyi: “Soledarda vəziyyət çox ağırdır”




Ukrayna Müdafiə Nazirliyi Rusiya Ordusunun və özəl hərbi birləşmələrin hücum etdiyi Soledar şəhərində hazırda vəziyyətin çox ağır olduğunu açıqlayıb.
Ukrayna müdafiə nazirinin müavini Anna Malyar “Telegram”da paylaşımında bildirib ki, ölkənin şərqində vəziyyət mürəkkəbdir.
Anna Malyar qeyd edib ki, Donetsk vilayətinin bəzi ərazilərində Ukrayna Ordusu addım-addım irəliləyir, bəzi ərazilərində isə Rusiya Ordusu, o cümlədən özəl hərbi birləşmələr hücum edir: “Hazırda Soledarda vəziyyət çox ağırdır”.


Tarix: 8-01-2023, 21:31
Xəbəri paylaş





Xəbər lenti