Konqres ələ keçirildi, prezident şəhərdən çıxarıldı - Video



Keçən ilin sonundan seçki nəticələrinə etiraz edən Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun tərəfdarları paytaxt Braziliyada Konqres binasını ələ keçiriblər.
Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
"Bolsonaronun radikal tərəfdarları hərbi polislə toqquşduqdan sonra Milli Konqresə hücum ediblər, aksiya iştirakçıları taxta və daşlarla silahlanıblar",- məlumatda deyilir.
Qeyd olunur ki, polis etirazçılara qarşı bibər qazı və səs qumbaralardan istifadə edib.
***
Braziliya Prezidenti Luiz İnasio Lula da Silva paytaxtdan uzaq əraziyə təxliyə edilib.
Hazırda Braziliyanın paytaxtında sabiq dövlət başçısı Jair Bolsonaronun tərəfdarlarının kütləvi etirazları keçirilir.
Tarix: 9-01-2023, 07:44
Xəbəri paylaş





Xəbər lenti