"Rusiya Ukraynaya ən yeni "Su-57" qırıcılarlarla zərbələr endirir" - Britaniya kəşfiyyatı


"Su-57" ən müasir səsdəniti döyüş reaktiv təyyarəsidir, qabaqcıl avionikadan istifadə edir..."
 
"Su-57" qırıcıların missiyaları Rusiya ərazisi üzərində uçuşlar və uzaq mənzilli raket buraxılışı ilə məhdudlaşıb, çünki rusiyalılar onların Ukrayna tərəfindən vurulacağından ehtiyat edir..."
 
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniya kəşfiyyatının yanvarın 9-da dərc etdiyi hesabatında məlumat verilib.
 
"Ən azı 2022-ci ilin iyunundan rusiyalılar "Su-57"-dən istifadə edir, bu, ən müasir 5-ci nəsil səsdəniti döyüş reaktiv təyyarəsidir, az nəzərəçarpan texnologiya və qabaqcıl avionikadan istifadə edir", - britaniyalı kəşfiyyatçilar deyib və əlavə edib ki, "Su-57"-nin missiyaları yalnız Rusiya ərazisi üzərində uçuşlarla və "hava-yer" və ya "hava-hava" sinifli uzaq mənzilli raket buraxılışı ilə məhdudlaşıb.
 
Britaniyalı mütəxəssislərin fikrincə, rusiyalılar super müasir qərıcının Ukraynanın HHM sistemləri və ya Ukrayna Hava Qüvvələri tərəfindən vurulacağından ehtiyat edir.
 
"Rusiyalılar "Su-57"-nin itirilməsindən ehtiyat edir, çünki, böyük ehtimalla, özünün və  texnologiyalarının nüfuzunun itirilməsindən və ixrac perspektivlərinin aşağı düşməsindən yan keçmək istəyir", - Böyük Britaniya müdafiə nazirliyi bu nəticəyə gəlib.
 
Britaniya kəşfiyyatçıları həmçinin yeni peyk şəkilləri dərc edib, orada 929-cu uçuş-sınaq mərkəzinin yerləşdiyi Axtubinsk aviabazasında 5 ədəd "Su-57"-ni görmək olar.
 
"Bu, "Su-57"- lərin yeganə məlum bazası olduğunu nəzərə alsaq, ehtimal ki, onlar Ukraynaya qarşı əməliyyatlarda istifadə edilib", - britaniyalı kəşfiyyatçılar məlumat verib.

Tarix: 9-01-2023, 22:05
Xəbəri paylaş





Xəbər lenti