Paşinyandan Rusiyaya təpki


Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərini keçirməkdən imtina edib.
Bunu Baş nazir Nikol Paşinyan yanvarın 10-da mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, müdafiə naziri artıq KTMT-nin birləşmiş qərargahına məlumat verib ki, yaranmış vəziyyətdə təlimlərin keçirilməsi məqsədəuyğun deyil. İstənilən halda, bu il təlimlər keçirilməyəcək, Paşinyan deyib.
KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Rusiya daxildir.
Azərbaycan 2020-ci il müharibəsi nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Qarabağda ermənilərin yaşadığı ərazilərə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.
Azadlıq radiosu
Tarix: 10-01-2023, 15:02
Xəbəri paylaş





Xəbər lenti