TƏCİLİ! Gözlər o bölgəyə dikilib: hər an SAVAŞ başlaya bilər


 
Dünyanın Şərqi Avropadakı müharibəyə diqqət yetirdiyi bir vaxtda digər qaynar nöqtə olan Sakit okean regionunda sular istiləşir.
Musavat.com xəbər verir ki, Çinin son zamanlar atdığı aqressiv addımlardan sonra region ölkələri, xüsusən də Yaponiya müttəfiqliklərini gücləndirir.
ABŞ və Yaponiyanın xarici işlər və müdafiə nazirləri Vaşinqtonda Təhlükəsizlik Məsləhət Komitəsinin iclasında Çinə qarşı mövqe tutmaq üçün yeni addımları müzakirə ediblər. ABŞ-ın müdafiə naziri Lloyd Austin mübahisəli Senkaku adaları daxil Yaponiyaya qarşı istənilən hücuma nüvə silahı və bütün hərbi qüvvələri ilə cavab verəcəklərini bildirib. Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi Pekinin öz maraqlarına xidmət edəcək beynəlxalq nizam yaratmaq cəhdindən dərin narahatlıq keçirdiklərini deyib.
gemi.PNG (853 KB)
Bu görüşdən əvvəl verilən açıqlamada ABŞ-ın Yaponiyanın Okinava adasına qabaqcıl texnologiya ilə təchiz edilmiş dəniz piyadaları alayını yerləşdirəcəyi və kosmosda Yaponiyanın avtomobillərinə hər hansı bir hücum olacağı təqdirdə iki ölkə arasında imzalanan sazişin 5-ci maddəsinə uyğun olaraq onu müdafiə etməyi öhdəsinə götürəcəyi bildirilmişdi. İki ölkə ordusunun 2027-ci ildən birgə hərbi təlimlər keçirəcəyi və boş bir adanın tikintisinə başlanacağı da açıqlanıb.
Yaponiyanın baş naziri Fumio Kişida isə ABŞ-a getməzdən əvvəl Avropada mühüm müdafiə sazişləri imzalayıb. İtaliyaya gedərək həmkarı Corciya Meloni ilə keçirdiyi görüşdə ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməyi razılaşdıran Kişida Böyük Britaniyayada baş nazir Rişi Sunakla görüşüb. İki lider ölkələrə bir-birinin ərazilərində hərbi qüvvələr yerləşdirməyə imkan verən müdafiə sazişi imzalayıb. Keçən ay iki ölkənin ortaq döyüş təyyarələri hazırlamaq qərarından sonra keçirilən görüşdə iki tərəf bu müqavilənin "İngiltərə ilə Yaponiya arasında 100 ildən çox müddət ərzində ən əhəmiyyətli müdafiə müqaviləsi" olduğunu vurğulayıb.
Danışıqların Çinin regional rəqibləri Yaponiya və Cənubi Koreya ilə gərginlik yaşadığı bir vaxtda baş tutması diqqət çəkir.  
Tarix: 13-01-2023, 22:35
Xəbəri paylaş





Xəbər lenti