"Ölkəni tərk edən yaramazlar ölkəmizin hesabına heç də kasıb yaşamır..."


"Onların fikirləri ekstremizmə çağırış, nasizmin reabilitasiyası və silahlı qüvvələrin nüfuzdan salınmasıdır..."
 

Rusiyada ölkəni tərk edənlərin və müharibəni tənqid edənlərin əmlakının müsadirə olunması təklif edilib.
 
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Rusiyanı tərk etmiş ölkə vətəndaşları barəsində və ya onun Ukraynadakı hərəkətləri barədə neqativ fikirlər söyləyən və "canilər, nasistlər və qatillərə" açıq dəstək verən "yaramazlar"ın əmlakının müsadirə edilməsini təklif edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "duma.gov" nəşri məlumat yayıb.
 
Spikerin sözlərinə görə, belə fikirlər ekstremizmə çağırış, nasizmin reabilitasiyası və ya silahlı qüvvələrin nüfuzdan salınması kimi qiymətləndirilə bilər. 
 
Lakin ölkəni tərk edənlər cinayət təqibindən ehtiyat etmir. Ona görə də Rusiya Federasiyası Cinayət Məsəlləsinin mövcud müddəalarına Volodin əmlakın müsadirə edilmısi bəndinin əlavə olunmasını təklif edir.
 
"Ölkəni tərk etmiş yaramazlar bizim ölkənin hesabına heç də kasıb yaşamır. Xaricdə olarkən onlar daşınmaz əmlakını icarəyə verir, Rusiya vətəndaşları hesabına qonorar alır. Bu zaman açıq şəkildə Rusiyanı çirkaba batırmağı özlərinə rəva bilir.
 
Onlar öz cəzasızlığını hiss edərək güman edir ki, ədalət məhkəməsi onlara çata bilməyəcək", - Volodin öz "Telegram- kanal"ında yazıb.
 
Bu, Volodinin ölkəni tərk etmiş rusiyalılar barəsində ilk təklifi deyil. Belə ki, əvvəllər o, səfərbərlikdən qaçan zaman sərhəddə məcburi saxladıqları avtomobillərinin döyüş əməliyyatları iştirakçılarına verməyi təklif edib.
 
O, həmçinin, müharibə başlayandan sonra ölkəni tərk edən rusiyalılar üçün vergiləri artırmağı təklif edib. Bu təşəbbüslərin heç biri hələlik gerçəkləşməyib.
Tarix: 14-01-2023, 08:00
Xəbəri paylaş





Xəbər lenti