Dneprə hücumda 5 nəfər ölüb, onlarla adam xəsarət alıb - FOTO


Zelenski: "Biz terrorda iştirak edən hər kəsi tapacağıq"
Ukrayna Prezidenti Vladimir Zelenski Dnepr şəhərinin bombalanmasına münasibət bildirib.
AYNA-nın xəbərinə görə, dövlət başçısı bildirib ki, hücumda iştirak edən hər kəs cavab verəcək.
“Həyatına Rusiya terroru tərəfindən son qoyulmuş hər kəsə əbədi xatirə! Dünya vəhşiliyi dayandırmalıdır. Dneprdə dağıntıların təmizlənməsi davam edir. Bütün qurumlar işləyir. Biz hər insan, hər bir həyat üçün mübarizə aparırıq. Biz terrorda iştirak edən hər kəsi tapacağıq. Terrorda iştirak edən hər kəs əməlinə görə ən ağır formada cavab verəcək” – deyə Zelenski vurğulayıb.
Qeyd edək ki, bu gün Dneprdə yaşayış binasına raket düşməsi nəticəsində 5 nəfər ölüb, 40-dan çox sakin yaralanıb.
Dneprə hücumda 5 nəfər ölüb, onlarla adam xəsarət alıb -
Tarix: 15-01-2023, 08:50
Xəbəri paylaş





Xəbər lenti