NATO-nun baş katibi: "Biz onların səhvlərini, liderlik problemlərini, zəif təchizatlarını görürük"


Rusiya prezidenti Vladimir Putin Ukraynaya hücum edərkən səhv edib.

Yeniavaz.com xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın "Handelsblatt" qəzetinə müsahibəsində deyib.
Baş katib Qərb ölkələri ilə Rusiya arasında münasibətlərin normallaşmasının müharibədən sonra da mümkün olmayacağını bildirib: "Bu, əvvəlki kimi olmayacaq. Ukraynada silahlar sussa belə, biz Rusiya ilə münasibətlərimizin normallaşacağını gözləməməliyik. Putin öz silahlı qüvvələrinin gücünü həddən artıq qiymətləndirdi. Biz onların səhvlərini, mənəvi-psixoloji çatışmazlıqlarını, liderlik problemlərini, zəif təchizatlarını görürük".
Tarix: 15-01-2023, 22:27
Xəbəri paylaş





Xəbər lenti