Kiyev Almaniyadan “Tornado” qırıcılarını istəyir


Kiyev Almaniyadan “Tornado” qırıcılarını istəyir

Ukrayna Xarici İşlər Nazirliyi Almaniyaya Ukraynaya Tornado döyüş təyyarələri verməyi təklif edib.

Bizimyol.info xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Andrey Melnik Twitter səhifəsində yazıb.
Ukraynalı nazir müavini qeyd edib ki, Bundesver tezliklə 93 "Tornado" qırıcılarını sıradan çıxararaq, onları beşinci nəsil "F-35" qırıcı-bombardmançı təyyarələri ilə əvəz edəcək.
“Alman dostlarımıza daha səmərəli təklifimiz var. Bundesverdə 93 çoxməqsədli "Tornado" döyüş təyyarəsi var ki, bu da tezliklə ləğv olunacaq və onlar yeni nəsl "F-35" ilə əvəz olunacaq. "Tornado" köhnə reaktiv qırıcı olmasına baxmayaraq, hələ də çox əhəmiyyətli müharibə silahıdır. Niyə bu "Tornadoları" Ukraynaya verməyəsiz ki, Olaf Şolz? Axı onları siz az müddətdən sonra dəmir yığını kimi bir yana atmalı olacaqsız. Bizim üçün isə onlar bu gün xüsusi əhəmiyyətlidir", - Melnik yazıb.
Tornado dəyişən qanadlı üçüncü nəsil səsdən sürətli döyüş reaktiv təyyarəsidir. Uzun müddət Avropa NATO ölkələrinin əsas döyüş təyyarələrindən biri idi.
Bildiyiniz kimi, Andriy Melnik 8 il Ukraynanın Almaniyadakı səfiri vəzifəsində çalışıb. Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra o, Almaniya hakimiyyətini hərbi yardımın çatdırılmasında ləngliyə görə fəal şəkildə tənqid edib.
İyulun 9-da Ukrayna prezidenti Vladimir Zelenski Melniki tutduğu vəzifədən azad edib. Bild-in məlumatına görə, ona Almaniyada “müstəsna vida” verilib və bu müddət ərzində o, Almaniya nazirliyinin “aydın tanınması”nı alıb. Noyabrda Melnikin Ukrayna Xarici İşlər Nazirliyinin müavini təyin edildiyi məlum olub.
Tarix: 16-01-2023, 08:48
Xəbəri paylaş





Xəbər lenti