AKP-dən olan deputat Şenel Yediyıldızın “Ərdoğanın ayaqqabısını yalamalıyıq” ifadəsinə etiraz


 
Türkiyədə AKP-dən olan deputat Şenel Yediyıldızın TV-də çıxışı zamanı “Ərdoğanın ayaqqabısını yalamalıyıq” ifadəsi rezonans doğurub.
Azpost.info bildirir ki, CNN Türk-ün canlı yayımında çıxış edən AKP-nin sözçüsü Ömer Çelik deputatın bu sözlərinə etiraz edib. “Bu yanlış ifadədir. Əsla qəbul etmirik”-deyə Çelik bildirib. Onun sözlərinə görə, Məclisdə qrup rəhbəri artıq Yediyıldızla görüşüb və təəssüfünü bildirib.
Yediyıldız bununla bağlı tənqidlərə reaksiya verib. “Mən bu sözləri bir regional telekanala demişəm. Bu dediyim ifadələr həmin regionda işlənən ifadələrdir. Bu bölgədə insanlar bu ifadəni rahat şəkildə işlədirlər. Mənim dediyim sözlərdə hər hansı bir təhqir yoxdur. Ola bilsin həddi aşmışam, amma bu vətənə və millətə qarşı deyil”.
CHP sədri Kılıcdaroğlu qrup toplantıısnda Yediyıldıza etiraz edib. “Heç belə deputat görmüsünüz? O zaman Ərdoğanın ayaqabbısını götürüb yalayaraq gəzsin, biz də seyr edək” demişdi.
Tarix: 25-01-2023, 17:11
Xəbəri paylaş





Xəbər lenti