TƏCİLİ! ABŞ elan etdi, TARİX AÇIQLANDI - Hər an yeni müharibə başlaya bilər


ABŞ Hərbi Hava Qüvvələrinin generalı Mayk Minihan Tayvan səbəbindən 2025-ci ildə Çinlə müharibəyə gedə biləcəklərini açıqlayıb.
Musavat.com xəbər verir ki, Pentaqon tərəfindən də təsdiqlənən daxili yazışmalarda Çini çəkindirmək, lazım gələrsə, onu məğlub etmək üçün hava-desant qoşunlarının maksimum səviyyədə müharibəyə hazır olması tələb olunur.
“Ümid edirəm yanılıram. Ancaq instinktlərim mənə deyir ki, 2025-ci ildə döyüşəcəyik" - Minihan deyib.

Gələn il Tayvanda prezident seçkilərinin keçiriləcəyinə və ABŞ-ın diqqətini 2024-cü il seçkilərinə yönəldəcəyinə işarə edən amerikalı general mühitin Çin lideri Si Cinpinə hərbi təcavüz üçün bəhanə yarada biləcəyini və iki ölkənin 2025-ci ildə qarşı-qarşıya gələ biləcəyini irəli sürüb.
Hava-desant qüvvələrinin komandanı Minihan da şəxsi heyətə çağırış edərək atış poliqonlarına getmələrini və başı hədəf almaq üçün hərbi təlimlər keçirmələrini istəyib.
Tarix: 29-01-2023, 11:34
Xəbəri paylaş





Xəbər lenti