“6-lı masa” hakimiyyətə gələrsə, MİT başqanı işdən ÇIXARILACAQ

“6-lı masa” hakimiyyətə gələrsə, MİT başqanı işdən
Türkiyədə müxalif “6-lı masa” hakimiyyətə gələcəyi təqdirdə görəcəyi ilk işlərdən biri Milli Kəşfiyyat İdarəsi (MİT - Milli İstihbarat Teşkilatı) rəisini vəzifədən uzaqlaşdırmaq olacaq.

SİAM.AZ modern.az-a istinadla xəbər verir ki, bunu Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Özgür Özel Fox TV-yə açıqlmasında deyib.

Özgür Özel Mərkəz Bank və Ali Təhsil Şurası (YÖK) kimi qurumların da rəhbərlərinin dərhal vəzifədən uzaqlaşdırılmasının nəzərdə tutulduğunu vurğulayıb.

"Biz iqtidara gələrsək, Mərkəzi Bank, YÖK, MİT və bu kimi yüksək səviyyəli qurumların rəhbərləri dərhal istefaya göndəriləcək", - deyə CHP-li millət vəkili qeyd edib.

Mərkəz Bankın rəhbərliyinə kimin gətirləcəyinə gəlincə, deputat bunun tanınmış bir ad olduğunu söyləyib:

"Bu adı bütün Türkiyə tanıyır".

Bəzi təhlükəsizlik ekspertləri isə “6-lı masa”nın MİT-ın hazırkı başqanı Hakan Fidanı hədəf almasını anlamadıqlarını bildiriblər. Qeyd olunur ki, MİT indi tarixinin ən uğurlu dövrünü yaşayır. Qurum terror təşkilatı PKK-nın, belə demək mümkünsə, daxildə və xaricdə gözünü açmasına imkan vermir. MİT-in verdiyi koordinatlarla bir çox yüksək səviyyəli terrorçu məhv edilib. MİT əməliyyatları ilə xaricdən Türkiyəyə bir çox təhlükəli terrorçular tutulub gətirilib.

Yeri gəlmişkən, CHP-nin tərəfdarı kimi tanınan jurnalist Can Ataklı bu yaxınlarda bildirmişdi ki, “6-lı masa” 9 min nəfərlik siyahı hazırlayıb. İqtidara gələcəyi təqdirdə “6-lı masa” hazırda yüksək vəzifələr tutan 9 min məmurun işdən çıxarılmasını planlaşdırır. Bu sırada polis rəhbərləri, rektorlar, nazirlər öndə gəlir.

Türkiyə müxalifətini biləşdirən "6-lı masa”nın prezidentliyə vahid namizədinin fevralın 13-də açıqılayacağı gözlənilir.
Tarix: 30-01-2023, 16:27
Xəbəri paylaş





Xəbər lenti