Netanyahudan İrana hücumla bağlı maraqlı cavab


Netanyahudan İrana hücumla bağlı maraqlı cavab

İsrailin baş naziri Benyamin Netanyahu bütün maraqlı tərəflərin təklifi olacağı təqdirdə Ukrayna böhranında vasitəçi rolunu nəzərdən keçirməyə hazır olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, o, çərşənbə axşamı axşam saatlarında nümayiş etdirilən CNN telekanalına müsahibəsində belə bir bəyanatla çıxış edib.
“Əgər hər iki tərəf məndən soruşsa və düzünü desəm, ABŞ məndən soruşsa. Bütün maraqlı tərəflər xahiş etsə, mən bu təklifi mütləq nəzərdən keçirəcəyəm" - Netanyahu Ukrayna münaqişəsində vasitəçilik etməyə hazır olub-olmadığı sualına cavab verərkən deyib.
İsrailin baş naziri bildirib ki, Ukrayna böhranı başlayanda ona vasitəçilik təklifi gəlib: "Ukraynadakı münaqişənin ilkin mərhələsində mənə bu barədə sual verilib", – Netanyahu deyib ki, o zaman müxalifətin lideri olub. O, təklifi kimin verdiyi sualına cavab verməkdən yayınıb. "Məndən soruşdular", - deyib.
Eyni zamanda, o, müraciətin qeyri-rəsmi olduğu üçün “bunun üçün səy göstərmədiyini”, - vurğulayıb. “Mən dedim ki, baş nazir var (o vaxt bu postu Naftali Bennet), qoy onunla nə edəcəyinə qərar versin. O, cəhd etdi və uğursuz oldu”, - Netanyahu bildirib.
Baş nazir  İsrailin yanvarın 28-də İrana hücumda iştirak edib-etməməsi ilə bağlı suala cavab verməkdən imtina edib. “Mən heç vaxt konkret əməliyyatlar barədə danışmayacağam. Yaxın Şərqdə hər dəfə partlayış baş verəndə, ilk olaraq, ya hadisəni bizim törətdiyimizi hesab edirlər, ya da birbaşa günahlandırırlar”,- deyə Benyamin Netanyahu bildirib.
“Mən İsrailin baş naziri kimi əlimdən gələni edəcəyəm ki, İranın nüvə silahı əldə etməsinə mane olum, çünki Tehran o silahı bizə qarşı istifadə edəcək”, - İsrailin baş naziri bildirib.
Yanvarın 29-na keçən gecə İRNA agentliyi İranın mərkəzi hissəsində yerləşən İsfahanda güclü partlayışın baş verdiyini bildirib. Daha sonra ölkənin Müdafiə Nazirliyi bəyan edib ki, yanvarın 28-də dronlardan istifadə etməklə idarənin mərkəzlərindən birinə uğursuz hücum edilib. Nazirliyin məlumatına görə, bir aparat vurulub, digər ikisi müdafiə tələlərinə düşüb və partlayıb. Hücum nəticəsində xəsarət alan olmayıb, cüzi maddi ziyan dəyib.
Bəyanatda Tehranın hücumda kimin əli olduğu dəqiqləşdirildiyi bildirilib.
Tarix: 1-02-2023, 10:23
Xəbəri paylaş





Xəbər lenti