Avropa Ukraynada sürətli bərpa işlərinə başlayır


Avropa Komissiyası Ukraynanın sürətli bərpası üçün 1 milyard avro ayırıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bu gün Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
 "Rusiya ordusunun infrastruktur obyektlərinə hücumları nəticəsində dağılmış binaların bərpası ilə yanaşı, Ukraynada məktəblər, xəstəxanalar və yollar hələ də bərpa olunmayıb. Buna görə də biz sürətli yeniləmə ilə başlayırıq", - deyə o qeyd edib.
Tarix: 3-02-2023, 22:54
Xəbəri paylaş





Xəbər lenti