Niderland Polşaya “F 35” təyyarələri yollayıb



Hollandiya Hərbi Hava Qüvvələrinin yolladığı 8 ədəd “F-35F Lightning II” qırıcısı Polşadakı Malbork Hərbi Hava Qüvvələrinin bazasına yerləşdirilib.
APA-nın “The Aviationist” nəşrinə istinadən verdiyi məlumata görə, bu addım NATO-nun şərq cinahının möhkəmləndirilməsi səylərinə dəstək məqsədilə atılıb.
Əvvəllər Polşanın Malbork bazasında Hollandiya, Portuqaliya, İtaliya və Türkiyə təyyarələri yerləşdirilib.
Həmin ərazidə dörd “F-35” patrul xidməti həyata keçirəcək, daha dördü isə təlim proqramlarına cəlb olunacaq.
Tarix: 4-02-2023, 11:30
Xəbəri paylaş





Xəbər lenti