"Ukrayna ordusu Krımı mühasirəyə almalı və Rusiyanı uzaqmənzilli raketlərlə oradan çıxartmalıdır" - Hərbçi


Cəbhədə taktiki pauzadır və o, daha çox Rusiya ordusunun xeyrinədir. 
Bunu «Obozrevatel»ə müsahibəsində Ukrayna silahlı qüvvələrinin ehtiyatda olan mayoru Aleksey Getman bəyan edib («UNİAN»).
"Eyni zamanda, bu müddət ərzində həmkarların vaxtı var ki, USQ-ya daha çox ağır texnika versinlər - güclü əks-zərbə üçün, bu barədə onlar artıq açıqca deyirlər", hərbçi bəyan edib.
Getman razılaşır ki, Krım əks-hücum hədəfinə daxil olmalıdır, amma bunun üçün Ukraynaya uzaq mənzilli döyüş sursatı lazımdır.
"Ukrayna qüvvələri yarımadanı operativ mühasirə vəziyyətinə götürməlidir", hərbçi izah edir və əlavə edir ki, düşmənin qalıqlarını uzaq mənzilli raketlərlə vurub çıxartmalıdır. «Bunun üçün gerçəkdən Melitopola çıxmaq lazım gələcək, ardınca da Mariupola və Azov dənizinə, bunun üçün bizə uzaq mənzilli silahlar lazımdır ki, Krımda Rusiya ordusunun qurudakı təchizat yollarını kəsmək mümkün olsun, sonra isə Kerç körpüsünü dağıtmaq lazım gələcək. O zaman Krım operativ mühasirəyə düşəcək, çünki bu halda onlar yalnız dənizlə nə iləsə təchiz edə bilərlər, bu isə düşmən qruplaşmalarının döyüş qabiliyyətinə əhəmiyyətli təsir göstərməz. O zaman biz, Krımda hərbi bazalara hücum edə bilərik, o cümlədən, uzaq mənzilli raketlərlə və Ukrayna yarımadasını azad edərik» - mayor deyib.
AzPolitika.info
Tarix: 6-02-2023, 08:36
Xəbəri paylaş





Xəbər lenti