Türkiyədə növbəti zəlzələ baş verdi - YENİLƏNİB

Türkiyədə növbəti zəlzələ baş verdi - YENİLƏNİB


 AFAD idarəsinin məlumatına görə, bu gün - fevralın 7-də, yerli vaxtla saat 10.11-də (Bakı vaxtı ilə 11.11) Türkiyənin cənub-şərqində, Suriya ilə sərhədin yaxınlığında 5,3 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə məlumatı Avropa-Aralıq dənizi seysmik mərkəzi verib.
Zəlzələnin mərkəzi Malatya şəhərindən 33 km şərqdə, Pütürge rayonunda, 6,93 km dərinlikdə olub.
Mərkəzin verdiyi xəbərə görə, zəlzələdən sonra 3 bal gücünə yaxın təkanlar qeydə alınıb.
Hürr Tərcüman
 
Türkiyənin mərkəzi hissəsində 4,6 bal gücündə yeni zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
“Zəlzələ Türkiyə vaxtı ilə 08:52-də, dağıdıcı zəlzələnin episentri olan Kahramanmaraş şəhərindən 58 kilometr şimal-qərbdə və Afşin qəsəbəsindən 26 km aralıda qeydə alınıb”, - Seysmoloji Mərkəzin məlumatında qeyd olunub.
***
Türkiyədə səhər saatlarında daha iki zəlzələ baş verib.
Bu barədə Kandilli Rəsədxanası məlumat yayıb.
Məlumata görə, zəlzələlərdən biri Kahramanmaraş şəhərinin Göksun rayonunda olub.
Gücü 4,2 bal olan zəlzələ saat 08:52-də 3,7 km dərinlikdə qeydə alınıb.
İkinci zəlzələ isə Malatyanın Gülümuşağı kəndində bir km dərinlikdə baş verib. Saat 09:08-də qeydə alınan zəlzələ 4,4 bal gücündə olub.
Tarix: 8-02-2023, 14:09
Xəbəri paylaş





Xəbər lenti