Zelenski Londonda. Ukraynaya silahlar, Rusiyaya sanksiyalar

Britaniya fevralın 8-də Ukraynanın Rusiyanın getdikcə intensivləşən hücumlarını dəf edə bilməsi üçün Kiyevə təcili hərbi yardımın dəfələrlə artırıldığını bəyan edib.
Ukrayna prezidenti Volodimir Zelenski Britaniyanın baş naziri Rişi Sunakla görüşü zamanı habelə Ukrayna pilotlartına təlim verilməsini xahiş edib.
Zelenski Londondan Brüsselə səfər etməlidir.
Zelenski Sunakla görüşü zamanı Britaniyaya müharibənin ilk günündən Kiyevə dəstək olduğuna görə təşəkkürünü bildirib.
Bu da xəbər verilir ki, Ukrayna pilotlarının yaxın gələcəkdə NATO standartına uyğun təyyarələri idarə edə bilmələri üçün onlara əlavə təlim məşqləri keçiləcək.
Buna baxmayaraq Londonun Ukraynaya qırıcı təyyarələr verilməsinə dair mövqeyinin dəyişdiyinə dair heç bir xəbər yoxdur.
Britaniya bundan əvvəl bildirmişdi ki, hazırkı mərhələdə Ukraynaya NATO standartlı qırıcıların verilməsi məqsədəuyğun görünmür.
Baş nazirin müşavirlərindən biri deyib ki, NATO təyyarələrinin idarə olunması üçün hər bir pilot azı 35 ay təlim görməlidir.
Azadlıq radiosu
Tarix: 8-02-2023, 21:50
Xəbəri paylaş





Xəbər lenti