Ukraynalı əsgərin başını nümayiş etdirirdi... – Başından vurdular... (FOTO)



Siyasi texnoloq və Rusiya ordusunun zabiti İqor Manquşev fevralın 4-də Ukraynanın Luqansk vilayətində başından ağır yaralandıqdan sonra xəstəxanada ölüb.
Xatırladaq ki, ötən ilin avqustunda Manquşev əlində Ukraynada Azovstalın müdafiəçisi olan əsgərin kəllə sümüyü ilə səhnədən çıxış etməsi ilə gündəmə gəlmişdi. Manquşevin əlində kəllə sümüyü ilə lovğa çıxışının videosu ötən ilin avqustunda yayılmışdı. Manquşev həmin çıxışında deyirdi ki, Rusiya yenə də “antirusiya Ukraynası ideyası” ilə mübarizə aparır. O bildirirdi ki, belə ideyanın bütün daşıyıcıları öldürülməlidir, buna görə hələ nə qədər Ukrayna əsgərinin öldürülməli olduğu onu maraqlandırmır.
Manquşev deyidi ki, əlindəki kəllə sümüyü Mariupol şəhərinə hücum zamanı öldürülmüş Ukrayna əsgərinə aiddir. Bu iddia hələ ki, yoxlanmayıb. Bu videounun yayılmasından sonra Ukrayna rəsmən BMT-yə müraciət etmişdi.
“Radio Svoboda” yazır ki, Manquşev naməlum şəraitdə yaralanmışdı.


Hadisə Luqansk vilayətinin Rusiyanın nəzarətindəki Staxanovo məntəqəsində, yoxlama-buraxılış postunda baş verib. Məlumatda deyilir ki, Manquşevin başına yaxın məsafədən atəş açılıb. Ona kimin və nə səbəbə atəş açdığı məlum deyil.
Rusiya mediası Manquşevi E.N.O.T (rusca vahid xalq icmaları yoldaşlığı) özəl hərbi şirkətinin əsasını qoyanlardan biri kimi təqdim edir. Onun habelə “Vaqner” özəl hərbi şirkətinin banisi, “Putinin aşpazı” ayaması ilə tanınan oliqarx Yevgeni Priqojinə yaxın olduğu deyilirdi. E.N.O.T qruplaşmasının üzvləri 2014-cü ildə Ukraynanın şərqində, daha sonra isə Suriyada döyüşüblər. Onlar habelə Krımın ilhaqında iştirak ediblər.
Amma indi Teleqram-kanallar Manquşevi Rusiya ordusunun kapitanı kimi təqdim edirlər. Amma o özünü qondarma “Luqansk xalq respublikası” milisinin dronlarla mübarizə bölümünün komandiri kimi təqdim edirdi.
Tarix: 9-02-2023, 08:32
Xəbəri paylaş





Xəbər lenti