Türkiyədə zəlzələ: 17 min 134 ölü, 70 mindən çox yaralı - Yenilənir


Türkiyədə zəlzələdə ölənlərin sayı 17 134 nəfərə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Zəlzələdə yaralananların sayı isə 70 347 nəfərdir.

***19:38
Türkiyədə zəlzələdə ölənlərin sayı 16 546 nəfərə çatıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlaması zamanı deyib.
Zəlzələdə yaralananların sayı isə 66 132 nəfərdir.

***17:54

Türkiyədə zəlzələdə ölənlərin sayı 16 170 nəfərə çatıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, zəlzələdə yaralananların sayı 64 194 nəfərdir.
Dağılan bina sayı 6 444-dür.

***15:28
"Yaşadığımız bu böyük fəlakətdə indiyədək 14 min 351 nəfər dağıntı nəticəsində həyatını itirib, 63 min 794 nəfər isə yaralanıb".
Yeniavaz.com
xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay deyib.


***14:30

“Zəlzələ nəticəsində 14 014 nəfər həlak olub”.
Yeniavaz.com
xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantepdəki çıxışı zamanı deyib.
O bildirib ki, 64 794 nəfər isə yaralanıb.

***08:33

Türkiyə vaxtı ilə saat 03:00-a (Bakı vaxtı ilə 04:00) olan məlumata görə Kahramanmaraşda baş verən zəlzələlərdə 12 min 391 nəfər həyatını itirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı məlumatda bildirilir.
Qeyd olunub ki, sonuncu məlumatlara əsasən xəsarət alanların sayı 62 min 914 nəfərə çatıb.
Açıqlamada, 6 fevral 2023-cü ildə Kahramanmaraşın Pazarcık rayonunda baş verən 7,7 bal gücündə və mərkəzi Elbistanda olan 7,6 bal gücündə zəlzələlərdən sonra 1052 afterşokun meydana gəldiyi bildirilir.
22 min 277 nəfərin axtarış-xilasetmə əməliyyatlarına cəlb olunduğu qeyd olunub.
Tarix: 9-02-2023, 22:33
Xəbəri paylaş





Xəbər lenti