Almaniyanın azərbaycanlılara yardımı yoxa çıxdı - TFU SİZƏ...


Almaniyanın azərbaycanlılara yardımı yoxa çıxdı
Tehran hökuməti Almaniyanın Xoy zəlzələsindən zərər çəkənlərə etdiyi yarım milyon avro yardımı gizlədib.

Bu, Almaniyanın Tehrandakı səfiri Hans-Odo Motselin paylaşımından sonra üzə çıxıb.

Qeyd edək ki, Almaniyanın Tehrandakı səfirliyi BMT-nin rəhbərliyi altında Xoy zəlzələsindən zərər çəkənlər üçün 500.000 avro (25 milyard tümən) yığılması ilə bağlı paylaşım edib.

Tehran hökuməti rəsmi məlumatlarda bu barədə hər hansı bir açıqlama verməyib, yalnız Ermənistan və Rusiyanın yardım göndərdiyini iddia edib.
//axar.az//
Tarix: 10-02-2023, 16:47
Xəbəri paylaş





Xəbər lenti