Bu ölkədə vəziyyət çətinləşir - Əvvəlcə zəlzələ, sonra sel...


Suriyada böyük dağıntılara səbəb olan zəlzələlərdən sonra afterşokların təsiri ilə Türkiyə sərhədinə yaxın İdlib bölgəsində bəndin daşması nəticəsində El Tol qəsəbəsi su altında qalıb.
Musavat.com xəbər verir ki, əhali zəlzələdən sonra bənddəki çatları görüb onu qum ilə möhkəmləndirməyə çalışsa da, yağan yağışın artması səbəbindən sel baş verib.
Dəməşqdən verilən son açıqlamada zəlzələ nəticəsində həyatını itirənlərin sayının 3500-ü keçdiyi açıqlanıb. Təbii fəlakət zamanı daha 2500 nəfərdən çox insan yaralanıb.
Qeyd edək ki, ABŞ Suriyaya yardıma icazə vermək üçün sanksiyalardan 180 gün müddətinə imtina etdiyini açıqlayıb.
Dəməşq rəhbərliyi humanitar yardımın müxalif bölgələrə çatdırılmasına icazə verib.
Digər tərəfdən, Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Ali Komissarlığı yardımların hər kəsə çatdırılması üçün Suriyada dərhal atəşkəs çağırışı edib. BMT hazırda zəlzələlər səbəbindən humanitar böhran yaşayan Suriyada 5,3 milyon insanın didərgin düşə biləcəyini və sığınacağa böyük ehtiyac yarana biləcəyini təxmin edir.
Tarix: 12-02-2023, 11:11
Xəbəri paylaş





Xəbər lenti