Zəlzələ qurbanlarının sayı 100 mini ötə bilər - ŞOK AÇIQLAMA


 
Türkiyəli alim, zəlzələ üzrə mütəxəssis, geofizik Övgün Ahmet Ercan Almaniyanın “Der Spiegel” jurnalına müsahibə verib.
Musavat.com xəbər verir ki, professor Ercan zəlzələ nəticəsində ölənlərin sayının 100 mini keçə biləcəyini açıqlayıb.
"Hazırda hesablamalar bunu göstərir. 100.000 ölüm ehtimalı, hətta "təmkinli bir təxmin" ola bilər. Nə qədər dağıdılmış bina aşkar edilsə, qurbanların sayı da bir o qədər çox olacaq" - türkiyəli alim deyib.
Geofizik alman jurnalistin “Qurbanların sayının 100 mindən çox ola biləcəyini necə təxmin edirsiniz” sualına belə cavab verib:
"Zərər çəkmiş ərazi 330 kilometr məsafədə 10 əyaləti əhatə edir. Burada 13 milyondan çox insan yaşayır. Deməli, söhbət Yunanıstandan da çox əhalisi olan bir ərazidən gedir. Məlumdur ki, iki güclü zəlzələ nəticəsində 7 minə yaxın bina dağılıb. Hesablamalarıma görə, təxminən 200 minə yaxın insan dağıntılar altında qalıb. İndiyədək sadəcə 8 mindən çox insan xilas edilib”.
Zəlzələ mütəxəssisi sonda Türkiyənin ən böyük fəlakətlərdən biri ilə qarşılaşdığını bildirib.
Tarix: 12-02-2023, 11:12
Xəbəri paylaş





Xəbər lenti