ABŞ hərbçiləri Huron gölü üzərindəki obyekti vurublar


 
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Cek Berqman bildirib ki, ABŞ Silahlı Qüvvələri Huron gölü üzərində aşkar edilən obyekti vurublar.
“Report” xəbər verir ki, o, bu barədə öz tviter səhifəsində məlumat verib.
“ABŞ ordusu Huron gölü üzərində daha bir obyekti sıradan çıxarıb. Qətiyyətli hərəkətə görə pilotlarımıza təşəkkür edirəm” - deyə Berqman yazıb.
O, Pentaqonla mütəmadi olaraq əlaqə saxladığını vurğulayıb.
Qeyd edək ki, 11 fevral tarixində ABŞ Silahlı Qüvvələri ölkənin Alyaska ştatı yaxınlığında hava şarı vurublar. Uçan aparatın hansı ölkəyə məxsus olması hələlik məlum deyil.
Tarix: 13-02-2023, 08:45
Xəbəri paylaş





Xəbər lenti