Türkiyədə seçkilər 1 il təxirə salına bilər

Türkiyədə seçkilər 1 il təxirə salına bilər


Türkiyədə mayın 14-nə təyin edilmiş ümumi seçkilər ölkənin cənub-şərqində baş verən dağıdıcı zəlzələlərin nəticələrinə görə qeyri-mümkün ola bilər. 
Siam.az xəbər verir ki, bu barədə TGRT Haber telekanalı məlumat yayıb.
Qeyd olunub ki, hakim AKP-nin səlahiyyətli komitələrində seçki tarixinin təxirə salınması ilə bağlı hər hansı qiymətləndirmə aparılmayıb. Amma artıq siqnallar gəlməyə başlayıb. 
“Digər tərəfdən, müxalif Cümhuriyyət Xalq Partiyasının dəhlizlərində söz-söhbətlər dolaşır. Prezident Tayyib Ərdoğan seçkiləri ən azı 1 il təxirə salacaq”, - məlumatda bildirilib. 
Telekanal Türkiyə Respublikası Konstitusiyasının 78-ci maddəsinə istinad edir ki, seçkilərin təxirə salınması üçün yeganə istisna müharibə vəziyyətidir. 
Bundan əvvəl Türkiyə prezidenti Ərdoğan ölkədə ümumi (həm prezident, həm də parlament) seçkilərin mayın 14-nə təyin edildiyini bildirmişdi. 
Fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində baş vermiş 7,7 və 7,6 bal gücündə zəlzələlər on minlərlə insanın ölməsinə və yaralanmasına səbəb olub. Dağıntılar ölkənin 10 şəhərini əhatə edib./Modern.az 
Tarix: 13-02-2023, 11:32
Xəbəri paylaş





Xəbər lenti