Avropa Parlamentinin spikerinə QARŞI İTTİHAMLAR - Şər deyil, şərab söhbətidir


 
Avropa Parlamentinin spikerinin vəzifələrindən biri bu təşkilatın üzvlərinin bahalı otellərdə, dəbdəbəli restoranlarda keçirdikləri vaxt, təyyarələrdə biznes-salonlarda uçuşlar, şou proqramlarına və idman yarışlarına VIP-lojalarda tamaşa etmək xərclərinin kənar şəxslər tərəfindən ödənilməsi barədə təhqiqat aparmaq və bu barədə hesabatlar təqdim etməmiş Avroparlament deputatlarının cəzalandırılması haqda qərar qəbul etməkdən ibarətdir. Bəs Avropa Parlamentinin spikeri  özü bu qaydalara nə dərəcədə riayət edir?
6655.jpg (106 KB)
AZƏRTAC Almaniya mediasına istinadla xəbər verir ki, xanım Metsola bu yaxınlarda tənqidə məruz qalıb – o, əri ilə birlikdə Fransanın təmtəraqlı otelində keçirdiyi gecənin xərcinin Şərab İstehsalçıları Assosiasiyası tərəfindən ödənilməsi haqda məlumat verməyib. Bu barədə söz-söhbət çox olub, lakin spikerə heç bir sanksiya tətbiq edilməyib. Onun Avropa Parlamentinin spikeri vəzifəsində işi üçün şərab istehsalının nə dərəcədə zəruri olması aydın deyil, bu məsələdə spikerin ərinin rolu isə ümumiyyətlə tapmacadır.
Qeyd etmək lazımdır ki, Avropa Parlamentinin deputatlarının maaşları pis deyil. Lakin bu fakt onların çoxunun səfərlər zamanı bahalı otellərdə qalmaq, aviabiletlər almaq və başqa xərclərin üçüncü şəxslər tərəfindən hədiyyə kimi ödənilməsinə mane olmur. Təmtəraqlı otellərdə gecələmə, qitələrarası uçuşlar, futbol matçları zamanı ən bahalı yerlərdə əyləşmək – bunlar rüşvət deyilmi?
DPA agentliyi tərəfindən aparılmış təhqiqat nəticəsində məlum olub ki, Avropa Parlamentinin deputatları bu növ informasiyanın açıqlanması barədə öhdəliklərinə riayət etmirlər. Agentlik Avropa Parlamentinin Almaniyadan olan bütün deputatlarına eyni sualla müraciət edib: onlar səfərlər və parlamentin daxili qaydalarına uyğun olaraq keçirilən tədbirlərlə bağlı xərclərin üçüncü şəxslər tərəfindən ödənilməsi barədə informasiya verirlərmi və bunu vaxtında edirlərmi?
Məlum olub ki, Avropa Parlamenti üzvlərinin yarısının bu qaydadan ümumiyyətlə xəbəri yoxdur. Transparency International təşkilatında bildiriblər: “Parlament üzvləri bu qaydaları ciddi qəbul etmirlər”, nadir bəyannamələr isə çox gec təqdim edilir. Təşkilatın hesabatında deyilir: “Cəzasızlıq mədəniyyəti var”.
Gördüyümüz kimi, Avropa Parlamentinin başı korrupsiya qalmaqallarından ayılmır. İndi belə qalmaqallarda qurumun sədri Roberta Metsolanın adı da hallanır.
Tarix: 13-02-2023, 21:37
Xəbəri paylaş





Xəbər lenti