Moldovaya qarşı hücum planı: “Bəzi hökumət binalarına hücumlar ediləcək”

Maya Sandu: “Qondarma müxalifət Kişinyovda hakimiyyəti dəyişmək istəyir”
Moldovaya qarşı hücumlar hazırlanır. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu bildirib.
Prezident deyib ki, plana görə, hərbi təlim keçmiş diversantların iştirakı ilə yaxın gələcəkdə bəzi hökumət binalarına hücumlar ediləcək, girovlar götürüləcək.
“Qondarma müxalifət Kişinyovda hakimiyyəti dəyişmək istəyir”, - deyə Sandu qeyd edib.
Ölkə başçısı parlamenti xüsusi xidmət orqanlarına əlavə səlahiyyətlər verməyə çağırıb: “Bu, İnformasiya və Təhlükəsizlik Xidmətinə və Prokurorluğa ölkənin təhlükəsizliyinə qarşı risklərin öhdəsindən gəlmək imkanı verəcək”.
Sandu qeyd edib ki, təxribatın məqsədi ölkəni Rusiyaya bağlamaq üçün konstitusiya quruluşunu devirməkdir.
Tarix: 13-02-2023, 21:43
Xəbəri paylaş





Xəbər lenti