Ruslar Xersonu atəşə tutdular — ölən və yaralanan var


Rusiya ordusu bu gün axşam saatlarında Xerson icmasını 13 dəfə atəşə tutub.

Siam.az xəbər verir ki, bu barədə Xerson şəhər hərbi administrasiyası məlumay yayıb.

Bildirilir ki, hadisə nəticəsində İnqulets kəndində bir qadın ölüb, bir kişi yaralanıb.

“Rusiya qoşunları Xerson vilayətinin İnqulets kəndində mülki əhalinin evlərini atəşə tutub, faciəvi nəticələr var. Bir qadın ölüb, bir kişi yaralanıb”.

Mərmilər axşam saatlarında kəndin dinc sakinlərinin həyətinə düşüb. Sursatının parçası evində olan qadına dəyib. Nəticədə zərərçəkən yerindəcə keçinib. Digər kənd sakini mina partlayıcısı və kürəyindən qəlpə yarası ilə xəstəxanaya yerləşdirilib.
Demokrat.az
Tarix: 14-02-2023, 10:16
Xəbəri paylaş





Xəbər lenti