TƏCİLİ! Gərginliyi artıran addım - Şimali Koreya DÜŞMƏN adlandırıldı


 
Cənubi Koreya Müdafiə Nazirliyinin iki ildən bir dərc etdiyi hesabatda Şimali Koreya haqqında “düşmənimiz” ifadəsi yer alıb.
Musavat.com xəbər verir ki, bu barıdı yerli media öz mənbələrindən məlumat əldə edib.
Hesabatda yada salınıb ki, Şimali Koreya da Cənubi Koreyanı “mübahisəsiz düşmən” olaraq xarakterizə edir:
“Nüvə proqramından əl çəkməyən və hərbi təhdid yaratmağa davam edən Şimali Koreya rejimi və ordusu bizim düşmənimizdir". 
Hesabatda Yaponiya üçün “yaxın qonşu” tərifi verilib.
Qeyd edək ki, Cənubi Koreyan Müdafiə Nazirliyinin hesabatında Şimali Koreya haqqında "düşmən" sözü sonuncu dəfə 2018-ci ildə istifadə edilib. Rəsmi Seul şimal qonşusunu ilk dəfə 1995-ci ildə “düşmən” adlandırıb, 2004-cü ildə onu “açıq-aşkar hərbi təhdid” kimi qiymətləndirib.
Cənubi Koreya Mun Çje İnin (2017-2022-ci illər) prezidentliyi dövründə iki ölkə arasında münasibətlərin yumşalması səbəbindən “düşmən” ifadəsini rəsmi hesabatlarından çıxarıb.
Xatırladaq ki, Şimali Koreyanın keçən il keçirdiyi raket sınaqları və Cənubi Koreya ilə ABŞ-ın birgə hərbi təlimi bölgədəki gərginliyi daha da artırıb. Şərq və qərb istiqamətlərində 90-dan çox müxtəlif tipli və diapazonlu raketlər buraxan Pxenyan administrasiyası noyabrın əvvəlində bir gündə 23 raket atıb.
Pxenyan 2023-cü ilin ilk saatlarında da ballistik raket sınağı keçirib.
Tarix: 16-02-2023, 20:57
Xəbəri paylaş





Xəbər lenti