Paşinyan Zelenskini alqışlayandan sonra zalı TƏRK ETDİ - FOTO


Paşinyan Zelenskini alqışlayıb, sonra zalı tərk edib.
KONKRET.az xəbər verir ki, bu barədə Münhen Təhlükəsizlik Konfransının rəsmi saytında məlumat verilib.
Ermənistanın Baş naziri Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransının açılış mərasimində Ukrayna Prezidenti Volodimir Zelenskinin açılış nitqi zamanı zalı tərk edib.
Xatırladaq ki, Konfrans Ukrayna Prezidentinin Rusiya və bu ölkənin prezidenti Vladimir Putinə qarşı çıxışı ilə başlayıb.
Konfransın rəsmi saytında Nikol Paşinyanın Zelenskinin çıxışından sonra zəif alqışladığını, daha sonra sual-cavab zamanı iclas zalını necə tərk etdiyini və çıxışın sonuna qədər geri qayıtmadığını əks etdirən kadrlar yayımlanıb.
Qeyd edək ki, Konfransda onlarla ölkənin prezidentləri, hökumət başçıları və xarici işlər nazirləri iştirak edir.


Tarix: 18-02-2023, 21:47
Xəbəri paylaş





Xəbər lenti