Zelenski: "Donetskdə şiddətli döyüşlər gedir"


 
"Donetsk bölgəsində şiddətli döyüşlər davam edir".
Musavat.com Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
"Mən Donetsk vilayətini müdafiə edən hər kəsi xüsusilə qeyd etmək istərdim. Orada ən qəddar və prinsipial hərbi əməliyyatlar gedir. Və biz Rusiyanın itkisini sürətləndirmək üçün hər şeyi etməliyik. Dünyanın təzyiqi elə olmalıdır ki, Rusiyanın terrorun yeni formalarını tapmağa vaxtı olmasın", - o bildirib.
Zelenski qeyd edib ki, gələn həftə diplomatik işlər sürətləndiriləcək:
"Biz Ukrayna üçün, təhlükəsizliyimiz üçün əhəmiyyətli xəbərlər gözləyirik".
Tarix: 19-02-2023, 09:16
Xəbəri paylaş





Xəbər lenti