KİV: Vaşinqton Kiyevə hücuma keçməyi təklif edib


ABŞ Prezidenti Co Baydenin administrasiyası Ukrayna hakimiyyətindən hücuma keçməyi tələb edib və Avropa ölkələrindən hərbi yardımın azaldılması ehtimalı barədə xəbərdarlıq edib.
APA-nın məlumatına görə, bu barədə bazar günü ABŞ-ın “Politico” qəzeti etibarlı mənbələrə istinadən məlumat yayıb.
“Bayden administrasiyası təcili olaraq prezident Vladimir Zelenskinin administrasiyasından əldə olunan nailiyyətləri möhkəmləndirməyi və ola bilsin ki, əks-hücum həyata keçirməyi tələb edib”, - nəşr yazır.
Qəzet yazır ki, Ağ Ev həmçinin Zelenskinin köməkçilərinə Vaşinqton və Avropadan hərbi yardımın sərbəst şəkildə daxil olduğu vaxtda hücum əməliyyatına hazırlaşmağı tapşırıb. Çünki Ukraynanın avropalı müttəfiqlərinin dəstəyini azaltmaq riski var.
Tarix: 19-02-2023, 23:15
Xəbəri paylaş





Xəbər lenti