Bayden Kiyevdə olarkən ruslar NƏ EDƏ BİLƏRDİLƏR Kİ? - HƏQİQƏTƏN DƏ...

Bayden Kiyevdə olarkən ruslar NƏ EDƏ BİLƏRDİLƏR Kİ?
Rusiya rəsmiləri ard-arda açıqlama verirlər ki, onlar Kiyevə getməsi üçün ABŞ prezidenti Co Baydenə təhlükəsizlik təminatı veriblər. Yəni demək istəyirlər ki, Bayden Kiyevdə olduğu saatlarda Ukraynanın paytaxtına zərbə endirməyəcəkdilər.

Bu açıqlamalar Baydeni aşağılamaq məqsədi daşıyır. Guya Kreml təhlükəsiylik təminatı verməsəydi ABŞ prezidenti Kiyevə ayağını basmayacaqdı. Əlbəttə, Co Bayden Kiyevə gəlmədən öncə ABŞ kəşfiyyat strukturları prezidentin təhlükəsizliyi üçün bütün tədbirləri görüblər.

Ancaq Kremlin təhlükəsizlik təminatına inanmaq olarmı?

Baydenə ukraynalı həmkarı Volodimir Zelenski ilə Polşa-Ukrayna sərhədinə yaxın Lvov şəhərində görüşməyi təklif ediblər.

O bu təklifi rədd edərək Kiyevə gedib.

"Atlas" Araşdırmalar Mərkəzi
Tarix: 20-02-2023, 22:06
Xəbəri paylaş





Xəbər lenti