Ceyk Sallivan: “ABŞ-ın Çinlə hərbi təmasları zəruridir”

Baydenin müşaviri ABŞ-ın Çinlə hərbi əlaqələrini davam etdirməyi “vacib” adlandırıb
ABŞ-ın Çinlə hərbi təmasları zəruridir. AYNA xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan “NBC News” telekanalına müsahibəsində deyib.
Sallivan ABŞ-ın Çinlə hərbi təmaslarının zəruriliyini “yüksək” qiymətləndirib və bu dialoqun davam etdirilməsini “vacib” adlandırıb.
Onun sözlərinə görə, bu cür qarşılıqlı əlaqə “sabitliyin təmin olunmasına” töhfə verir.
Sallivan həmçinin Çin Müdafiə Nazirliyinin Pentaqonun rəhbəri Lloyd Ostinin zənglərini qəbul etməkdən imtina etməsindən təəssüfləndiyini bildirib.
Qeyd edək ki, Sallivan əvvəllər Çinə Rusiyaya yardımın real dəyəri barədə xəbərdarlıq etmişdi. O, həmçinin etiraf edib ki, ABŞ lideri Co Bayden və Çin rəhbəri Si Cinpin arasında yaxın gələcəkdə telefon danışığı ola bilər. Lakin müzakirənin dəqiq tarixi hələ müəyyən edilməyib.
Tarix: 27-02-2023, 08:49
Xəbəri paylaş





Xəbər lenti