Zelenski Donbasda əməliyyatlar aparan komandiri vəzifəsindən azad edib


 
Donbasda hərbi əməliyyatlar aparan Birləşmiş Qüvvələrin Əməliyyatının (BQƏ) komandiri general-mayor Eduard Moskalyovu vəzifəsindən azad edib.
Siam.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski müvafiq sərəncam imzalayıb.
Xatırladaq ki, E. Moskalyov bu vəzifəyə ötən il martın 15-də təyin olunmuşdu.
Qeyd edək ki, Birləşmiş Qüvvələrin Əməliyyatı Ukrayna hüquq-mühafizə orqanlarının Rusiya və rusiyayönlü silahlı qrupların (Donbasdakı separatçıların) fəaliyyətinə qarşı yönəlmiş hərbi və xüsusi təşkilati-hüquqi tədbirlər kompleksidir.
Əməliyyat “Donetsk və Luqansk vilayətlərində müvəqqəti işğal olunmuş ərazilərdə Ukraynanın dövlət suverenliyinin təmin edilməsi üzrə dövlət siyasətinin xüsusiyyətləri haqqında” Ukrayna qanununun icrası ilə nəzərdə tutulub.
Tarix: 27-02-2023, 08:52
Xəbəri paylaş





Xəbər lenti