Ağ ev: Ukraynaya indi “Abrams” yox, “Leopard” lazımdır


ABŞ Prezidenti Cozef Bayden “Abrams” tanklarının Ukraynaya tədarükünü Almaniyadan gələn təzyiqdən dolayı təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan CNN telekanalının efirində bildirib.
Onun sözlərinə görə, ilkin olaraq Bayden bu müharibədə döyüş meydanında yararsız olduqlarını deyən hərbçilərlə danışıqlardan sonra tankları göndərməmək qərarına gəlib. Digər tərəfdən, alman tankları faydalı hesab olunurdu. Müşavir bildirib ki, almaniyalılar Prezidentə Amerikanın “Abrams”ları göndərməyəcəyi təqdirdə “Leopard”ları Ukraynaya verməyə hazır olmadıqlarını deyiblər.
O qeyd edib ki, NATO və Ukraynanın birliyi maraqları naminə Bayden “Abrams” tanklarının uzunmüddətli tədarükünə razılaşıb.
Tarix: 27-02-2023, 09:18
Xəbəri paylaş





Xəbər lenti