“Ukraynaya həlledici anda “F-16” verə bilərik” - “İstədikləri silahları verəndə, onlar qalib gəlirlər”



ABŞ Nümayəndələr Palatasının komitə sədri, respublikaçı konqresmen Maykl Makkol Ukraynaya “F-16” hərbi təyyarələrinin verilməsi üçün Ağ evə təzyiq edəcəklərini deyib.

“AzPolitika.info” xəbər verir ki, Xarici İşlər Komitəsinin sədri və Ukrayna ilə birgə komissiyanın həmsədri olan Makkol “ABC News”-a açıqlamasında Ukraynaya lazımi anda lazımi silahların verilməsinin effekt verdiyini xüsusi vurğulayıb və bu baxımdan “F-16”-ların da istisna təşkil etmədiyini bildirib.
Makkol deyib ki, ABŞ Ukraynaya “F-16”-ları və uzaq mənzilli raketləri “həlledici anda və dönüş nöqtəsində” verə bilər: “Biz onlara istədikləri və doğrudan da istifadə etməyi bacardıqalrı silahları verəndə, onlar qalib gəlirlər. Bunu yubadanda isə məsələ uzanır və Putinin də istədiyi budur”.
Tarix: 27-02-2023, 22:17
Xəbəri paylaş





Xəbər lenti